İsrail Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazırdır – FOTO

Dünya

İsrail rəsmi olaraq Ukrayna və Rusiya arasında danışıqlar prosesində vasitəçi olmağa razılaşıb.

Bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, artıq İsraildə olan ukraynalıların qohumlarının da təxliyə çərçivəsində qəbul edilməsinə başlanacaq.

“Biz humanitar məsələlərdə iştirakla bağlı İsraillə intensiv dialoq aparırıq. Milli təhlükəsizlik məsələləri üzrə müşavir və Milli Təhlükəsizlik Şurasının sədri Eyal Hulata ilə daim əlaqə saxlayırıq”, – deyə o bildirib.

A.Yermak artıq ilk nəticələrin olduğunu da bildirib.

“Mən həmkarlarıma minnətdarlığımı bildirir və ümumi diplomatik səylərimizin uğuruna ümid edirəm”, – deyə PA rəhbəri sözlərini yekunlaşdırıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir