Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Onun sözlərinə görə, ölkə ərazisində   qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq. 

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən Quba-Qusar, Kəlbəcər-Laçın,  Şuşa-Füzuli,  Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq,  dağlıq və dağətəyi rayonlarda  yollar buz bağlayacaq.

“Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması tövsiyə olunur”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir