Hacıqabulda yol qəzasında iki nəfər xəsarət alıb

Cəmiyyət

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“102info.az” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Aslanov Elşən Əlvida oğlu və 1991-ci il təvəllüdlü Orucova Günay İlqar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir