FHN: “Ötən sutka 15 yanğına çıxış olub”

Cəmiyyət

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 3 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Həmçinin, Yasamal rayonunda 1955-ci il təvəllüdlü Nəcəfov Əli Aydın oğlunun meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir