FHN-in hospitalında bir neçə bölmə bağlanıb – SƏBƏB

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalında bəzi korpuslar bağlanıb. 

102info.az-ın məlumatına görə, buna səbəb ölkədə koronavirusa yoluxma sayının azalmasıdır. 

FHN-dən 102info.az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq xəstəxanada bəzi bölmələr fəaliyyətini dayandırıb:

“Koronavirusa yoluxan xəstələrin sayı azaldığına görə belə qərar verilib. Hospital fəaliyyətini davam etdirir. Əgər yoluxma sayı artarsa, həmin bölmələr yenidən açıla bilər”.

Qeyd edək ki, “Yeni Klinika”nın da bir neçə şöbəsi COVID-19-a yoluxma sayının azaldığı üçün  bağlanıb. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir