Çində 17 milyondan çox əhalisi olan şəhər karantinə alındı

Dünya

Çinin 17,5 milyon əhalisi olan Sincan şəhərində COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar karantin elan edilib.

Həmçinin ölkənin ən böyük şəhəri – 24 milyon əhalisi olan Şanxayda nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.

Quandun əyalətindəki, ölkənin ən böyük şəhərlərindən biri sayılan Sincanda 75 yoluxma halı aşkar edildikdən sonra karantin tətbiq edilməsinə qərar verilib.

Şəhərə giriş-çıxış dayandırılıb, bütün vətəndaşlar üçmərhələli kollektiv testdən keçməli olacaqlar.

Əsas tələbat məhsullarını qarşılayanlar istisna olmaqla, bütün müəssisələrin müvəqqəti bağlanacağı, epidemiyaya nəzarət və mühafizə vəzifələrində çalışanlardan başqa, dövlət müəssisələrindəki bütün işçilərin evlərindən çalışacağı bildirilir.

Dünyanın ən böyük elektronika istehsalı xidmətləri təminatçısı olan “Foxconn Group” yoluxma hallarına görə şəhərdəki istehsal fəaliyyətini dayandırdığını açıqlayıb.

Mənbə: Anadolu

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir