Azərbaycanın olimpiya mükafatçısı Slovakiyada medalsız qaldı – FOTO

İdman
Spread the love

Karate üzrə 21 yaşadək qızlar və böyüklərdən ibarət milli komandanın üzvləri Slovakiyanın paytaxtı Bratislavada 42-ci Qran-pri turnirindən üç mükafatla dönürlər.

Oxu.Az xəbər verir ki, Xumar Əlibəyova (-50 kq) həm 21 yaşadək qızlar, həm də böyüklər arasında, İlahə Qasımova (-55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olublar.

Olimpiya mükafatçısı, dünya və Avropa çempionu İrina Zaretskaya (-68 kq) isə bürünc medal görüşündə qələbəni əldən verib və mükafat qazana bilməyib.

Qeyd edək ki, Bratislavada Qran-pri turnirində 10 idmançımız iştirak edib. Mötəbər yarışa 30 ölkədən 1975 karateçi qatılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir