Azərbaycanın aparıcı cüdoçuları – Hidayət Heydərovla (-73 kq) Məmmədəli Mehdiyevin (-90 kq) qardaş ölkə Türkiyədəki yarışda iştirak etməməsinin səbəbi bilinib.
Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Federasiyadan bildirilib ki, hər iki idmançının heç bir problemi yoxdur. Onlara istirahət verilib, hər ikisi növbəti yarışlarda çıxış edəcək.
Xatırladaq ki, həmin idmançıların əvəzinə bu dəfə müvafiq olaraq Telman Vəliyev və Rüfət İsmayılov Antalyada çıxış edəcəklər.
Qeyd edək ki, 1-3 aprel tarixlərində Türkiyənin Antalya şəhərində “Böyük Dəbilqə” turniri keçiriləcək. 66 ölkədən 552 cüdoçunun (330 kişi, 222 qadın) iştirak edəcəyi turnirdə Azərbaycan 17 idmançı (13 kişi və 4 qadın) ilə təmsil olunacaq.
Səbuhi Musa
www.102info.az
