2022-ci ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 1291 fakt aşkarlanıb.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, aşkar edilən özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə aşkarlanan 1291 fakt üzrə 344 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
www.102info.az