Azərbaycan-İran diplomatik əlaqələrinin 30 illiyi necə qeyd olundu? – FOTO

Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. 

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan və İran arasında mövcud tarixi bağlar, birgə dəyərlər və adət-ənənələrin ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına şərait yaratdığını bildirib.

Nazir müavini 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən Azərbaycan-İran sərhədini bərpa etməsini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırmasını xüsusi olaraq vurğulayıb.

E.Məmmədov postmünaqişə mərhələsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgənin sülh və inkişafına töhfə verəcəyini qeyd edib.

Daha sonra çıxış edən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi dost, qardaş, qonşu Azərbaycan və İran arasında diplomatik əlaqələrin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb.

Səfir həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə canlarından keçən şəhidləri hörmətlə anıb.

Seyid Abbas Musəvi Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlığı məmnunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İran arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir