Avropa çempionatı: İki güləşçimiz finalda

İdman

Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Əvvəlcə 57 kq çəki dərəcəsində yarışan Əliabbas Rzazadə gürcüstanlı Beka Bujiaşvili ilə qarşılaşıb.

O, 1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanaraq adını finala yazdırıb.

Pəhləvanımızın həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.

Ardınca isə 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu həlledici qarşılaşmaya vəsiqə qazanıb. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir