Almaniya prezidenti və xanımı koronavirusa yoluxub

Dünya

Almaniya Prezidenti 66 yaşlı Frank-Valter Ştaynmayer və onun həyat yoldaşı Elke Büdenbender koronavirusa yoluxublar.

“Çərşənbə axşamı ekspress test və PCR testi müsbət nəticə göstərdi. Simptomlar mülayimdir. Prezident və xanımı dərhal ev şəraitində karantinə alınıb. Yaxın təmasda olan hər kəsə məlumat verilib”, – deyə prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, COVID-ə yoluxmazdan öncə Ştaynmayer Yaponiyanın baş naziri Fumio Kişida və Polşanın baş naziri Mateuş Moravetski ilə telefon danışığı aparıb.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir