“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

Daxili İşlər Nazirliyi Yol patrul xidməti
Spread the love

“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti.

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin birinci mərhələsi artıq geridə qalıb.

Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir