Yol polisinin qanuni tələblərinə əməl etməyən və yük avtomobilini polisin üzərinə sürən sürücü saxlanılıb

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

24.05.2023-cü il tarixdə, saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də “Kamaz” markalı, 16-BD-057 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İsmayılov Rövşən Dilən oğlu apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Lakin, nəqliyyat vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü Rövşən İsmayılov polisin qanuni tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.

Görülmüş tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir