Masallıda kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı yoxlama nəzarət tədbirləri keçirilib

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin intensiv olduğu küçə və prospektlərdə aparılan yoxlama-nəzarət tədbirləri zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilələr edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən və digər qayda pozuntularına yol verənlər aşkarlanıb. Qanunvericiliyin tələbləri izah olunmaqla hər biri barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Nəzarət tədbirləri çərçivəsində həmçinin, sərnişinlərin təhlükəsizliyi və mənzil başına rahat çatmasını təmin etmək məqsədilə taksi və marşrutlarda aşkarlanan neqativ hallarla bağlı da inzibati xəta haqqında protokollar tərtib edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir