DİN-in mətbuat xidmətinin məlumatı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in mətbuat xidmətindən verilən məlumata görə,

– Martın 16-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
– Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
– Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Polis əməkdaşlarının martın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24,1 kiloqramdan artıq heroin, 24,5 kiloqrama yaxın marixuana, 7 kiloqrama yaxın tiryək, 8,2 kiloqramdan çox metamfetamin və 18 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərov müəyyən olunaraq saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xırdalan şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* oğurluq əməlində şübhəli bilinən Hökməli qəsəbə sakini Elxan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir