Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Araz Əsgərli bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən xanım sürücülər küçələrdə təmizlik aparan xanımlar və sərnişin avtobusunda olan xanımları bayram münasibətilə təbrik edilib, hədiyyələr təqdim olunub. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.
Qurum rəsmisi qeyd edib ki, Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.

www.102info.az
