Millət vəkili Aqil Məmmədov Bakıda seçicilərlə görüş keçirib -FOTOLAR

Baş səhifə

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Bakı şəhərində məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirib.

Qəbulda seçicilərin müraciətləri dinlənilib. Dinlənilən məsələlər qeyd olunaraq, bəzilərinə yerindəcə baxılıb və digər məsələlərlə bağı aidiyyatı üzrə müvafiq sorğu məktublarının göndərilməsi təmin edilib.

Həmçinin qəbulda bu il 630 balla ADNSU–nun tələbəsi adını qazanmış Kəlbəcər rayon sakini Məhəmməd Telmanzadə ilə görüşərək ona təhsilində uğurlar arzu edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir