ŞƏKİ DÖVLƏT YOL POLİSİ
TƏHLÜKƏSİZLİK TƏDBİRİ KEÇİRİB
Sürücü və piyadalara xəbərdarlıq edilib

Daxili İşlər Nazirliyi

2022-ci il iyulun 21-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət
Yol Polis Bölməsi şəhər ərazisində növbəti təhlükəsizlik tədbiri keçirib.
Hərəkət iştirakçıları saxlanılaraq xəbərdarlıq edilib və maarifləndirilib.
Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən verilən məlumata əsasən,
mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir və bu tədbirlər
müsbət nəticə verir. Belə ki, 2022-ci ilin 6 ayı ərzində xidməti ərazidə
piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Cari ildə baş vermiş 6 yol-nəqliyyat hadisəsindən 3-ü (50%) piyadanın
vurulması ilə nəticələnsə də, hər 3 hadisənin piyadanın yol hərəkəti
qaydasını pozması nəticəsində baş vermədiyi müəyyən edilib. Eləcə
də, 3 yol-nəqliyyat hadisəsindən 2-nin sürücülər tərəfindən nəqliyyat
vasitəsinin yüksək sürətlə idarə edilməsi, 1-nin isə ictimai nəqliyyatın
dayanacaqlarını keçmə qaydasının pozulması səbəbindən baş verdiyi
bildirilib.
Tədbirdə, “Şəki Kanal S” televiziyasının çəkiliş qrupu iştirak edib.
Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,
polis baş leytenantı Tural Niftalıyev müsahibə verərkən bildirib ki,
nəzərə alsaq ki, Şəki turizm şəhəridir, yay mövsümündə küçə və
yollarda hərəkətin intensivliyinin yüksəlməsi səbəbindən bütün
hərəkət iştirakçıları yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər ki,
arzuolunmaz hallar, yol nəqliyyat hadisələri baş verməsin. Piyadalar
yolun hərəkəti hissəsini müəyyən olunmayan yerlərdən keçməsinlər,
səkilərlə hərəkət etsinlər, piyada svetoforunun və ya nizamlayıcının
işarələrinə riayət etsinlər. Sürücülər piyada keçidinə daxil olmuş
piyadaya nəqliyyat vasitəsini saxlayaraq yol versinlər. Əks təqdirdə
yol hərəkəti qaydalarını pozan hərəkət iştirakçıları barəsində
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati
tənbeh tədbirləri görüləcəkdir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir