Şəki Şəhər Polis İdarəsinin əməkdaşları şəhər 17 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə tədbir keçirib. Gənclər Narkomaniyaya yox deyir mövzusunda, polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru,polis kapitanı Səlim Səlimov, Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu mövzusunda isə, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyev geniş məruzə ediblər. Qeyd olunan mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin yekununda məktəbin direktoru,Gülnarə Nəsibova belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, polis əməkdaşlarına minnətdarlığını bildirib. 07.06.2022




www.102info.az
