Rusiyalı hərbçilər ukraynalı əsir müqabilində pul istəyir: Əks təqdirdə edam olunacaq – VİDEO

Dünya

Rusiya ordusunun döyüşçüləri ukraynalı hərbi əsir üçün 5 min avro (9,2 min manat) tələb edir, əks halda o, edam olunacaq.

Bununla bağlı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak video paylaşıb.

“Bu video ukraynalı əsirin anasına rusiyalı əsgərlər tərəfindən göndərilib. Bazar ertəsi gününə qədər 5 min avro tələb edilir, əks halda növbəti video oğlunun edamı barədə olacaq. Rusiya hərbçiləri getdikcə daha çox İŞİD yaraqlılarına bənzəyir. Rusiyanı terror dövləti kimi tanımaq lazımdır”, – deyə Podolyak bildirib.

Mənbə: İnsayder Ukraina

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir