Şotlandiya ilə Ukrayna arasında təxirə düşmüş futbol oyununun vaxtı məlum oldu

Dünya

İyunun 1-də futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsində Şotlandiya yığması ilə Ukrayna millisi qarşılaşacaq.

Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma martın 24-də keçirilməli idi, lakin Ukrayna tərəfinin şikayətini nəzərə alan FIFA oyunun təxirə salınması ilə bağlı müraciəti nəzərə alıb. 

Qeyd edək ki, Ukrayna Futbol Federasiyası millinin səfərini və məşqini təşkil edə bilməməsi ilə əlaqədar FIFA-ya müraciət ünvanlamışdı.

Məlumat üçün əlavə edək ki, Ukrayna və Şotlandiya milliləri arasında keçirilən görüşün qalibi Uels yığması ilə qarşılacaq.

Mənbə: Fifa.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir