Türkiyədə zəlzələ oldu

Dünya

Türkiyənin Balıkesir vilayətində zəlzələ qeydə alınıb.

Patrul.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Rəhbərliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar vilayətin Sındırgı rayonunda yerli vaxtla saat 15:56-da (Bakı vaxtı ilə 16:56) baş verib.

Zəlzələnin ocağı yer səthindən 11,33 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 4,0-ə bərabər olan sarsıntı Sındırgı ilə yanaşı, Balıkesirin mərkəzində və ətraf rayonlarda da hiss olunaraq qısamüddətli təşvişə səbəb olub.

İlkin məlumatlara görə, hadisə nəticəsində hər hansı can itkisi, xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb.

Aidiyyatı qurumlar tərəfindən ərazidə monitorinq və nəzarət işləri davam etdirilir.

Gülbəniz Səfərova

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir