Qubada “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Xucbala kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. O, qeyd edib ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur.

Çıxışlarda erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən də söz açılıb.

Tədbirdə, həmçinin daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verib, Polis Akademiyasında kursantlar üçün yaradılan şərait, təhsil ocağının tarixi və daxili işlər orqanlarında xidmət haqqında məktəblilərin suallarını dolğun şəkildə cavablandırıb.

Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunub.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir