
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti uğurlu əməliyyat nəticəsində külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.

Daxil olan operativ məlumata əsasən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş 20 yaşlı Pərviz Cəfərov və 22 yaşlı Çingiz Rəhimov saxlanılıblar. Onların üzərinə baxış keçirilərkən 3 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunublar. Onlar narkotik vasitələri maddi qazanc əldə etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Hüquq-mühafizə orqanları tərəfindən sözügedən cinayətkar qrupun digər üzvlərinin də müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.
Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan bu cür əməliyyatlar polis əməkdaşlarının cinayətkarlıqla mübarizədə qətiyyətini bir daha sübut edir. Hüquq-mühafizə orqanları vətəndaşlara çağırış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə polisə dəstək olmağı və şübhəli hallarla bağlı məlumat verməyi tövsiyə edirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

102info.az
