Masallı Rayon İcra Hakimiyyətində Yeni Təyinat.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun 19 fevral 2025-ci il tarixli müvafiq Sərəncamına əsasən, Bağırov Nəsib Abdulla oğlu Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.
Bu təyinatdan əvvəl, 10 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında vakant olan İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsi üzrə daxili müsahibə imtahanı keçirilmişdir. Müsahibədə yüksək nəticə əldə edən Bağırov Nəsib Abdulla oğlu komissiya tərəfindən vakant vəzifəyə ən uyğun namizəd hesab edilmişdir.
Qeyd edək ki, Bağırov Nəsib Abdulla oğlu uzun müddətdir Masallı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərir və bu təyinata qədər İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışmışdır. O, dövlət idarəetməsi və informasiya siyasəti sahəsində geniş təcrübəyə malik olmaqla yanaşı, analitik düşüncə və idarəetmə bacarıqları ilə seçilən mütəxəssislərdən biridir.
Bağırov Nəsib Abdulla oğlunun yeni vəzifəsində də informasiya təminatı və təhlil sahəsində effektiv fəaliyyət göstərəcəyinə, rayonun sosial-iqtisadi inkişafına töhfə verəcəyinə inanılır. Onun rəhbərliyi altında sektorun fəaliyyətinin daha da təkmilləşdirilməsi, informasiya axınının düzgün idarə olunması və təhlillərin daha obyektiv aparılması gözlənilir.
Masallı Rayon İcra Hakimiyyətində aparılan bu kimi təyinatlar, dövlət idarəetməsində şəffaflıq və səmərəliliyin artırılması istiqamətində atılan vacib addımlardandır. Yeni təyin olunan sektor müdiri Bağırov Nəsib Abdulla oğluna uğurlar arzulayırıq!
İsrafil Əlihüseyn oğlu Şükürov,
Leqal.az saytının Baş redaktoru.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
MASALLI.
102info.az
