
Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 102info.az-a verilən məlumata görə, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.


www.102info.az
