Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb – YENİLƏNİR + FOTO/VİDEO

Cəmiyyət




Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır.

Oxu.Az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 8:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, bayram namazı Əjdərbəy və Heydər məscidləri istisna olmaqla digər məscidlərdə saat 09:00-da qılınacaq.

08:34

Bakıda Ramazan bayramı münasibəti ilə namaz qılınıb.

Oxu.Az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 8:00-da Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.

Daha çox foto burada: PhotoStock.Az

Nəzrin Vahid, Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir