“2023-cü ildə AzTV-də aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də var. Bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb”.
Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün keçirilən Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ilə dair hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib:
“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ – bir podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar olunub. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”.
Könül Cəfərli
www.102info.az
