Putin söz verdi: “Crocus”da terror aktını sifariş edənlər mütləq tapılacaqlar”

Dünya
Spread the love

“Rusiya Federasiyası “Crocus”da terror aktını sifariş edənləri mütləq tapacaq”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında deyib.

O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktını sifariş verən son ünvanı müəyyən etmək vacibdir.

V.Putin, həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırılmalıdır.

“Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”, – deyə V.Putin vurğulayıb.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir