HÜQUQ MÜHAFİZƏ ORQANLARININ ƏMƏKDAŞLARI NOVRUZ BAYRAMI GÜNÜ XİDMƏTDƏ OLAN ZAMAN ONLARI TƏBRİK ETDİLƏR.
ZALOV İMZA TV ALYANS-ın rəhbəri beynəlxalq hüquq eksperti İsmail Zalov və daxili məsələlər üzrə müavini Kamran Bağırzadə Novruz bayramı münasibəti ilə hər zaman qanunun keşiyində dayanan, Azərbaycan Respublikasının vətəndaşlarının təhlükəsizliyini qoruyan, istər bayram günləri istər istirahət günləri yorulmadan Azərbaycan Respublikasına və onun vətəndaşına xidmət edən Daxili İşər Nazirliyinin əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik etdilər. Hər bir vətəndaşın borcudur ki, onu qoruyan POLİSİNİN yanında olsun. Azərbaycan POLİSİ Avropa polisinə hər zaman nümunə olub. Biz bayramları ailələrimizlə birlikdə keçirərkən POLİS bayram bilmədən vətəndaşların ictimai təhlükəsizliyini qoruyur, cinayətkarlıqla mübarizə aparır. Bayram günlərində hüquq mühafizə orqanları hər zaman gücləndirilmiş iş rejimində çalışırlar. Bu gün bütün Azərbaycan vətəndaşları sevinməlidir ki, onun hüquq mühafizə orqanlarının əməkdaşları işğaldan azad olunmuş torpaqlarımızda xidmət aparır və orada yaşayan vətəndaşlarımızın təhlükəsizliyinin qoruyur.
ALYANSIN MƏTUAT ŞÖBƏSİ.



www.102info.az
