Salyan rayonunda növbəti vətəndaş qəbulu həyata keçirilib

Gündəm

Salyan rayonunda növbəti vətəndaş qəbulu həyata keçirilib.
Millət vəkili Jalə Əhmədova qəbulda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər rayon sakinlərini dinləyib, seçicilərin səsləndirdikləri məsələlərlə bağlı qeydiyyatlar aparıb. Həlli mümkün olan bəzi məsələləri yerindəcə həll edib, digər problemlərin həlli üçün isə səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi əsirgəməyəcəyini seçicilərin diqqətinə çatdırıb.

Qəbul zamanı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən 7 fevral Prezident seçkiləri ilə bağlı maarifləndirici söhbət aparılıb və seçiciləri Azərbaycanımızın gələcəyi naminə ən layiqli namizədə səs verməyə səsləyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir