Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Məmmədov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir