Qusar və Siyəzəndə məktəblilərlə maarifləndirici görüşlər təşkil olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qusar və Siyəzən rayonlarında ümumtəhsil məktəblərində şagirdlər üçün maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə gənclərə narkomaniyanın yaratdığı ağır nəticələr, bu bəlanın insan həyatına və gələcəyinə vurduğu zərər barədə məlumat verilib. Eyni zamanda erkən nikahın gənclərin təhsilinə və sosial həyatına mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, şagirdlərə gələcək peşə seçimi ilə bağlı tövsiyələr verilib, Polis Akademiyasında təhsil almaq istəyən gənclər üçün mövcud imkanlardan bəhs olunub.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir