Qubada silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı vətəndaşlar tərəfindən könüllü olaraq 4 ov tüfəngi, 1 avtomat, 30 patron və 1 ədəd patron darağı polisə təhvil verilib.

Bundan əlavə, rayonun Qonaqkənd qəsəbəsi ərazisində 1 qumbara, 6 ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir