Qubada şagirdlərlə görüş – narkomaniya və erkən nikahın fəsadları müzakirə olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba Rayon Polis Şöbəsi tərəfindən 2 saylı tam orta məktəbdə narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib.

Tədbirdə iştirak edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev çıxış edərək bildirib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması, təhsilə və düzgün həyat tərzinə üstünlük verməsi cəmiyyətin gələcəyi üçün olduqca vacibdir. O, həmçinin gəncləri qanunlara hörmətlə yanaşmağa və vətənə faydalı vətəndaş olmağa çağırıb.

Görüş zamanı məktəblilərlə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, həmçinin erkən nikahın yaratdığı sosial və hüquqi problemlər barədə danışılıb.

Görüş çərçivəsində şagirdlərə Polis Akademiyası barədə də məlumat verilib, akademiyada təhsil və qəbul qaydaları haqqında danışılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir