Quba, Xaçmaz və Siyəzəndə məktəblilərlə görüş: Narkomaniyaya və erkən nikaha qarşı birgə mübarizə

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba, Xaçmaz və Siyəzən rayonlarında polis əməkdaşları tərəfindən ümumtəhsil məktəblərində narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbirlər təşkil olunub.

Görüşlərdə şagirdlərə narkotik vasitələrin sağlamlığa və cəmiyyətə vurduğu zərər, eləcə də erkən nikahın yaratdığı hüquqi və sosial problemlər barədə ətraflı məlumat verilib. Gənclərə sağlam həyat tərzi seçməyin, təhsilə üstünlük verməyin və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi diqqətə çatdırılıb.

Tədbirlər zamanı Polis Akademiyasında təhsil imkanları və qəbul qaydaları barədə də məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir