Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Kəlbəcər rayon ictimaiyyəti tərəfindən anılıb

Müharibə

Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-in məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçıları Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə – 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev abidə önünə əklil qoyub. Anım mərasimində faciə qurbanlarının ruhuna dualar oxunub.
Çıxış edən natiqlər, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Şaban Qurbanov törədilmiş dəhşətli soyqırımın ağır nəticələrindən söhbət açaraq Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa edildiyini bir daha diqqətə çatdırıb.Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Xocalı faciəsi qurbanlarının qisasını düşməndən alıb, Xocalıya həyat qayıdıb.Bu gün Azərbaycan bayrağı Xocalı səmasında qürurla dalğalanır, Xocalıda xocalılar öz ocaqlarını yenidən yandırıblar.Əminik ki, Xocalı faciəsi qurbanlarının ruhları indi şaddır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir