Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq Şəkidə silsilə anım tədbirləri keçirilib. Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə kollektivləri iştirak edərək şəhidlərin ruhuna dualar oxuyub, onların xatirəsinə ehtiramlarını bildiriblər. Çıxışlarda vurğulanıb ki, Xocalı faciəsi xalqımızın yaddaşında silinməz iz qoymuş qanlı bir tarixdir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur.
Anım mərasimi zamanı faciə qurbanlarının xatirəsinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin hüzn və ehtiramla yad edilib.


102info.az
