Su sayğacları oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Paytaxtın Nəsimi rayonu ərazisində vətəndaşlardan biri ona məxsus mağazadan oğurluq edilməsi barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 58 yaşlı İ.Səfərli müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun gecə saatlarında mağazanın qapısının açıq qalmasından istifadə edərək obyektə daxil olduğu müəyyən edilib.

Analoji hadisə Nərimanov rayonu ərazisində də qeydə alınıb. Belə ki, zərərçəkənlər su sayğaclarının oğurlanması barədə polisə müraciət ediblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sayğacları oğurlamaqda şübhəli bilinən T.Məmmədov saxlanılıb.

Araşdırmalar aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir