Gənclərin sağlam gələcəyi üçün maarifləndirici görüşlər: Quba və Qusarda polis təşəbbüsü

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba və Qusar rayonlarında polis əməkdaşları tərəfindən kollec tələbələri və məktəblilərlə maarifləndirici görüşlər keçirilib. Görüşlərin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək, həmçinin erkən nikahın yaratdığı sosial və psixoloji fəsadlar barədə onları məlumatlandırmaq olub.

Tədbirlər zamanı çıxış edən əməkdaşlar sağlam həyat tərzinin əhəmiyyətindən danışaraq, narkotik vasitələr, tütün və digər zərərli vərdişlərin gənclərin gələcəyinə mənfi təsirlərini izah ediblər. Erkən nikahın təhsildən yayınma, sosial çətinliklər və ailə məsuliyyətinə hazır olmamaq kimi problemlərə səbəb olduğu diqqətə çatdırılıb.

Görüşlərdə şagird və tələbələri maraqlandıran suallar cavablandırılıb, real həyat nümunələri əsasında maarifləndirici tövsiyələr verilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir