Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Faiq Hüseynov Xızı rayon tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüş keçirib. Görüş gənclərin maarifləndirilməsi və onları cəmiyyət üçün təhlükəli hallardan qorumaq məqsədi daşıyıb.
Çıxışında polis rəisi narkomaniyanın fəsadları, bu asılılığın insan sağlamlığına və həyat yoluna vurduğu ağır zərərlər barədə danışıb. Erkən nikahın hüquqi və sosial nəticələri diqqətə çatdırılıb, bu cür halların təhsilə və gələcək imkanlara mənfi təsiri vurğulanıb.
Eyni zamanda Polis Akademiyasına qəbul qaydaları, polis peşəsinin məsuliyyəti və cəmiyyət üçün əhəmiyyəti barədə məlumat verilib.
Görüş zamanı şagirdlərin sualları cavablandırılıb, belə maarifləndirici tədbirlərin gənclərin düzgün istiqamətdə formalaşmasında mühüm rol oynadığı qeyd olunub.
102info.az
