Polis rəisi Qubada gənclərlə maarifləndirici görüş keçirib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev Quba Tibb Kollecinin tələbələri ilə görüş keçirib. Görüş zamanı o, gənclər arasında maarifləndirmə işinin vacibliyini qeyd edərək narkomaniyanın fəsadları, həmçinin erkən nikahın yaratdığı sosial və psixoloji problemlər barədə ətraflı məlumat verib.

Mehman Əliyev çıxışında bildirib ki, narkotik vasitələrə aludəçilik təkcə insanın sağlamlığını məhv etmir, həm də ailə, təhsil və gələcək karyera baxımından ciddi təhlükələr yaradır.
O, erkən nikahın nəticələrinə toxunaraq qeyd edib ki, bu kimi hallar gənclərin təhsil imkanlarını məhdudlaşdırır, psixoloji travmalara səbəb olur və cəmiyyətin inkişafına mənfi təsir göstərir.

Görüşdə tələbələrin sualları cavablandırılıb, mövzular ətrafında geniş müzakirə aparılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir