Xaçmazda gənclərin DİO-da xidmətə və təhsilə təşviq edilməsi ilə bağlı görüş keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Xaçmaz Rayon Polis Şöbəsində IX-XI sinif şagirdləri ilə “Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi” məqsədi ilə görüş keçirilib. Tədbirdə Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Samir Məcidov, təhsil sektorunun müdiri, həmçinin, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən polis rəisi S.Məcidov daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib. Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.
Daha sonra çıxış edənlər şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar veriblər.

Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir