Suraxanıda polis əməliyyatı – narkokuryerdən 10 kiloqram marixuana götürüldü

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs zərərsizləşdirilib. Əməliyyat zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş, 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb. Onun üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən ümumilikdə 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisində əldə edib. O, marixuananı həm şəxsi istifadəsi, həm də satış məqsədilə müxtəlif ünvanlara çatdırmaqla maddi qazanc əldə etməyə cəhd göstərdiyini etiraf edib. Narkotiklərin müxtəlif bağlamalar şəklində bölünməsi, onların satış üçün hazır vəziyyətə gətirildiyini bir daha təsdiqləyib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən peşəkar əməliyyat Suraxanı rayonunda narkotik vasitələrin dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizənin növbəti göstəricisidir. Rayon ərazisində keçirilən profilaktik və əməliyyat tədbirlərinin məqsədi narkotik vasitələrin satışının qarşısını almaq, bu cinayət fəaliyyətinə qoşulan şəxsləri müəyyən edib məsuliyyətə cəlb etməkdir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, Vüqar Məhəmmədov barəsində tədbirlər görülüb və araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanları vətəndaşları narkotik vasitələrdən uzaq durmağa və şübhəli hallarla bağlı polisə məlumat verməyə çağırır.

Mətləb Kazımov

“Qızıl Qələm” mükafatı laureatı Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir