Kəlbəcərin nümunəvi ziyalısı – İsmət Nəbiyevin ömür yoluna həsr olunmuş reportaj

Təhsil

Kəlbəcərin tanınmış ziyalısı – İsmət Nəbiyev haqqında

Elm və təhsilə həsr olunmuş ömür

Kəlbəcər rayonunun Keştək kəndində 1970-ci ildə dünyaya göz açan İsmət Nəbiyev regionun maarifçilik ənənələrinə sadiq bir ailənin nümayəndəsi kimi formalaşmışdır. Orta təhsilini başa vurduqdan sonra o, tarix elminə böyük marağı ilə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, təhsilini yüksək nəticələrlə bitirərək qırmızı diplom almışdır.

1991-ci ildən müəllimlik fəaliyyətinə başlayan İsmət müəllim qısa müddətdə savadı, tələbkarlığı və pedaqoji bacarığı ilə seçilmiş, 1993-cü ildə Kəlbəcər rayonunun 76 saylı tam orta məktəbinin direktoru təyin edilmişdir. Həmin vaxtdan etibarən o, bu məktəbin inkişafı və bölgədə təhsilin yüksəlişi üçün yorulmadan çalışır. Ailəlidir və dörd övladı var.

İsmət Nəbiyev təkcə Kəlbəcər və Goranboyda deyil, bütövlükdə bölgədə böyük hörmət və nüfuz qazanmış bir ziyalıdır. Onun rəhbərlik etdiyi məktəbin məzunlarının əksəriyyəti bu gün müxtəlif sahələr üzrə ali təhsil almış mütəxəssislərdir. Məzunların uğuru məktəbdə yaradılmış sağlam tədris mühitinin, müəllim kollektivinin güclü hazırlığının və İsmət müəllimin fədakar fəaliyyətinin nəticəsidir.

Onun rəhbərliyi altında məktəbdə peşəkar, savadlı, işinə sevgi ilə yanaşan kollektiv formalaşıb. Hər bir müəllim öz bilik və bacarığını şagirdlərə yüksək səviyyədə aşılamaqla fərqlənir.

İsmət müəllim bölgədə təhsildə yeniliklərin tətbiqinə öncüllük edən rəhbərlərdən biridir. Onun təşəbbüsü və rəhbərliyi ilə məktəbdə müasir dərs metodları, interaktiv tədris, texnoloji yeniliklər və şagird yönümlü təhsil modeli uğurla tətbiq olunur.

O, sadəcə idarəçi deyil, həm də nümunəvi müəllimdir. İnsanlıq keyfiyyətləri, tələbələrə olan həssas yanaşması, kollektivlə səmimi münasibəti və təhsilə sevgisi onu bölgədə xüsusi nüfuza sahib şəxslərdən birinə çevirib.

İsmət Nəbiyev həm də xeyirxahlığı, qonaqpərvərliyi və insanlarla səmimi ünsiyyəti ilə tanınır. Onun insanlara olan diqqəti və qayğısı məktəbin daxilində güclü birlik yaradıb. Kollektivdə həmrəyliyin, işə məsuliyyətin və qarşılıqlı hörmətin yaranmasında onun böyük rolu var.

Bu gün o, təkcə bir məktəb direktoru kimi deyil, həm də bölgənin ziyalı dayaqlarından biri kimi dəyərləndirilir.

İsmət Nəbiyev həm də 102info.az xəbər saytının baş redaktoru, jurnalist Tural Kəlbəcərlinin əmisidir. Bundan başqa, o, Tural Kəlbəcərlinin 11 il təhsil aldığı məktəbdə onun müəllimi olmuş, formalaşmasında xüsusi pay sahibi olmuşdur.

Bu, bizim redaksiya üçün qürurverici məqamdır – çünki saytımızın baş redaktorunun həm ailəsində, həm də təhsil həyatında belə nüfuzlu və dəyərli bir ziyalının izi var.

İsmət müəllim təhsil sahəsindəki uzunmüddətli fədakar və nümunəvi fəaliyyətinə görə rayon rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlar və diplomlarla təltif olunmuşdur. Bu təltiflər onun bölgə təhsilinə verdiyi töhfələrin rəsmi qiymətidir.

Bu gün İsmət Nəbiyevin doğum günüdür. Bu münasibətlə 102info.az kollektivi adından dəyərli ziyalımızı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və təhsildə yeni-yeni uğurlar arzulayırıq.

İsmət müəllim kimi maarifçilərin varlığı gələcəyin daha savadlı, vətənpərvər və işıqlı nəsillərinin yetişməsi deməkdir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir