Binəqədidə marketdə bıçaqla quldurluq edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər – 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı araşdırmalar davam edir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir