Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirildiyinə görə, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.
Sürücülərin diqqətinə nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu çatdırılıb.
102info.az
