Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Rayonun 1 saylı tam orta məktəbində baş tutan görüşdə RPŞ-nin əməkdaşları, təhsil idarəsinin əməkdaşları və pedaqoji heyət iştirak edib.

Tədbirdə məktəb ərazilərinə kəsici-deşici alətlərin, qanunla qadağan edilmiş digər əşyaların gətirilməsi, yeniyetmələrin hüquqazidd davranışlardan çəkindirilməsi və bu istiqamətdə polis əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də pedaqoji kollektivi narahat edən digər məsələlər müzakirə edilib.

Şabran RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov çıxışında məktəblərin yerləşdiyi inzibati ərazilərdə təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq, təhsil müəssisələrində şübhəli halların müşahidə edildiyi təqdirdə polis orqanlarına dərhal məlumat verilməsinin vacibliyini qeyd edib.

Tədbirdə, həmçinin narkomaniyaya qarşı mübarizə və erkən nikah hallarının qarşısının alınması mövzuları da müzakirə olunub.

Görüşün sonunda səsləndirilən mövzularla bağlı fikir mübadiləsi aparılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir