“Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Polis əməkdaşları, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Rüstəm Hüseynov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.
Tədbirdə, həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə inspektoru, polis baş leytenantı Coşqun İsmixanov erkən nikahın fəsadları barədə məktəbliləri maarifləndirib. Onun sözlərinə görə, gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.
Görüşdə, həmçinin Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilərək təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

102info.az
